cumhuriyyet.net
“Semaşko” koronavirus səbəbilə bağlandı • Cumhuriyyət
1 saylı Kliniki Tibbi Mərkəz bağlanıb. Qazet.az-a verilən məlumata görə, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq. Bildirilib ki, artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb: “Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicəsi aparılacaq”.
nesimi