“Allahu əkbər” deyib parlamentin binasına soxulanlar cəzalandırılmalıdır”

15.07.2020 - 12:40

“Düşünürəm ki, o polis maşınını çevirib təpikləyənlər, “allahu əkbər” deyə MM-ə soxulanlar hamısı tutulub cəzalandırılmalıdır, həm də ən sərt şəkildə – birmənalı!”

Hit.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əzizə İsmayılova deyib.

Onun sözlərinə görə, onların heç birinin niyyəti əsgərə və orduya dəstək deyildi. Əksinə bu niyyətdən maksimum yararlanmaq idi:

“Videolara baxıram, cavan-cavan uşaqlardır, bəlkə heç əsgərdə də olmayıblar. Dəli kimi qışqırıb PPX maşınını çevirmək, sonra da qayıdıb bir də təpikləməyin adı nədir izah olunmalıdır onlara.

Boş başına yeridilməlidir ki, “Sən əsgərə, orduya dəstək adı ilə çıxıb polisə təpik ata bilməzsən”. Bu klounluğun səhnəsi və yeri deyildi…

Polislərimiz isə təmkin və səbrinə görə alqışa layiq davrandılar.

Kütlə idarə olunmayanda həmişə təhlükəyə çevrilir. Əlini uzatsan, qolunu qoparar. Kütləni özbaşına qoymaq olmazdı.

Kütlənin dilindən anlayan bir ağsaqqal lazım idi ora…”

Short URL: http://www.cumhuriyyet.net/?p=149999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31