Düşməni qorxuya salacaq AÇIQLAMA! Bütün silahlarımız Azərbaycanın əmrindədir
Xəbər verdiyimiz kimi Türkiyənin Müdafiə Sənayesi Naziri İsmail Demir Azərbaycan Müdafiə Sənayesi nazir müavini Kərəm Mustafayevlə görüşüb. O, özünün “Tvitter” hesabında bununla bağlı paylaşım edib və Azərbaycana dəstəyini ifadə edib.
Metbuat.az xəbər verir ki, İsmail Demir sahib olduqları silahların Azərbaycanın əmrində olduğunu qeyd edib:
“İki qardaş ölkənin tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz bu dövrdə müdafiə sənayesində də iş birliyimizi davam etdirməyi düşünürük. Müdafiə sənayemiz silahlı PUA-larımızdan tutmuş silah-sursatlarımız və raketlərimizə, elektron hərbi sistemlərimizədək bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=150251