İrəvandan şok etiraf: Tovuzu işğal etmək istəyiblər…

20.07.2020 - 12:53

Ermənistan silahlı qüvvələri hər zaman neft kəmərlərini vurmaq üçün texniki imkana sahib olublar, amma onun heç vaxt bunu gerçəkləşdirmək arzusu olmayıb.

Axar.az xəbər verir ki, bunu dünən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan Tovuz təxribatının Azərbaycanın Avropaya yönələn neft və qaz-kəmərlərinə təhdid yaratdığı ilə bağlı məsələni şərh edərkən deyib. Ovannisyan çıxışı zamanı özünü guya sülhpərvər kimi təqdim etməyə cəhd edib, amma sonda aşkar şəkildə İrəvanın Tovuzla bağlı planını ortaya qoyub:

“Biz deyirik ki, bu regiondan keçən neft-qaz kəmərləri beynəlxalq şirkətlərə məxsusdur. Qoy, beynəlxalq şirkətlər əmin olsunlar ki, Ermənistan Respublikası istehlakçı təhlükəsizliyinə qarant verir. Ermənistan Respublikası onların təhlükəsizliyini regionda olan hər kəsdən daha yaxşı təmin edə bilər”.

Başqa bir sualı cavablandıran Ovannisyan bundan öncəki sözlərini daha aydın formada təkrarlayıb:

“Əgər onlar bizim nəzarətimizə keçsə, Ermənistan onun təhlükəsizliyinə hər kəsdən daha yaxşı zəmanət verəcək”.

Göründüyü kimi, ermənilər beynəlxalq kəmərləri ələ keçirmək arzularını gizlətməyiblər.

Qeyd edək ki, Ermənistanın növbəti işğal arzusunu Azərbaycan Ordusu qısa müddətdə darmadağın etdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=150437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31