Koronavirusun yeni əlaməti aşkarlandı

28.07.2020 - 11:57

Melburnda (Avstraliya) Kral Hospitalının tibb bacısı Emil Morris özündə koronavirusun nadir simptomunu aşkarlayıb.

“Report”un məlumatına görə, o təcili yardım bölməsində işləyir və bilavasitə COVID-19 pasiyentləri ilə əlaqədə olur. Tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib. Qeyd edilir ki, tibb bacısı iş vaxtının çox hissəsini ayaq üstdə keçirir və yorğunluğa öyrəşib, ancaq budəfəki yorğunluq əlamətləri fərqli olub.

Tibb işcisi bununla bağlı rəhbərliyə müraciət edib və ondan koronavirus analizləri götürülüb. Virusla bağlı analizlər müsbət nəticə verib.

Mütəxəssislər bunun təhlükəli infeksiyanın nadir əlaməti olduğunu bildirirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=151100

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31