“Əhəmiyyətli postlar tutan bir qrup insan bu qaydaları özləri pozurlar” – Deputat

22.08.2020 - 14:14

Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar rəsmi qərarla toy və yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan edilib. Kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi prinsipi mövcuddur, ona görə də kimsə imtiyazlı şəkildə digər vətəndaşlardan fərqlənəcək addımlar atmamalıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz:

“Koronavirus pandemiyası bütün dünyanı təhlükə ilə üz-üzə qoyan bir bəladır və bu virusla mübarizə ümummilli məsələdir. Heç kim öz mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz”.

F.Mustafa vurğulayıb ki, bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb:

“Bu günlərdə keçmiş millət vəkili İlham Əliyevin övladının toyundan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır.

Burada illərdir dövlət aparatında rəhbər vəzifələr tutan, digər ictimai-siyasi vəzifələr daşıyan şəxslərin bu dərəcədə səhlənkar davranışı məni də təəccübləndirdi. Halbuki açıq məkanda və olduqca məhdud sayda insanla, dəbdəbəsiz, təmtəraqsız belə bir tədbiri keçirmək imkanları mövcud idi. İndi sıravi vətəndaşların haqqı var ki, onların toy və ya yas mərasimlərinə qarşı məhdudiyyətlərin tətbiq olunmasına öz etirazlarını ortaya qoysunlar.

Aylardır bizlər mediadan vətəndaşlara çağırış edirik ki, karantin qaydalarına əməl etsinlər, indi özümüz də pis vəziyyətdə qalırıq ki, dövlət həyatında əhəmiyyətli postlar tutan bir qrup insan bu qaydaları özləri pozurlar. İstər Ramiz Mehdiyevin, istər deputat həmkarlarım, istərsə də o toyda iştirak edən vəzifəli şəxslərin bu kimi davranışları hüquqi məsuliyyət yaratmaqla yanaşı, vətəndaşlarımız tərəfindən haqlı olaraq ictimai qınaqla qarşılaşanır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152796

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930