Salyanda yol qəzası baş verib, xəsarət alan var
Salyanda baş vermiş qəza nəticəsində 1 nəfər xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndindən keçən hissəsində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Əmənov Tariyel Yadigar oğlu “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. T.Əmənov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=153452