MM komitəsinin işlər planına daxil edilən qanun layihələri məlum olub
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin 2020-ci il payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.
“Report” xəbər verir ki, bunu komitənin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına iki məsələ daxil edilib:
“Bunlar “Turizm haqqında” və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələridir. Sessiya ərzində bir neçə qanunlara da əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub”.
Short URL: http://www.cumhuriyyet.net/?p=153903