Azərbaycan müharibəyə hazırlaşır – CƏBHƏDƏ HAZIRLIQ – TƏHLİL

14.09.2020 - 15:47

Son həftələr erməni əsilli livanlıların işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi daha da genişləndirilib.

Qazet.az xəbər verir ki, bu gün rəsmi İrəvan Livan ermənilərini Ermənistandan daha çox işğal altındakı Azərbaycan ərazilərinə köçürməyə çalışır və bu istiqamətdə işləri sürətləndirib.

– Advertisement –

Azərbaycan tərəfi məsələ ilə bağlı beynəlxalq təşkilatlara və qurumlara müraciət edib.

Qazet.az-ın suallarını cavablandıran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, sözügedən təşkilatlar hazırda susmaqla məşğuldur.

“Təbii ki, bu barədə məsələ ciddi şəkildə beynəlxalq təşkilatlar və həmsədr ölkələr tərəfindən qaldırılmalıdır. Əfsuslar olsun ki, bölgədə Ermənistanın bu “siyasəti” açıq-aşkar işğal altındakı torpaqlara dünyanın, beynəlxalq hüququn qaydalarını pozaraq burada heç bir zaman yaşamayan erməniləri, dinc əhalini köçürməsi provokasiyadır. Provokasiyaların arxasında 2020-ci ilin əvvəllərindən daha da sürətlənən – Azərbaycanı təxribata çəkmək, müharibəyə çəkmək məqsədi dayanır. Həmsədr ölkələr Tovuz hadisələrindən sonra susqunluqlarını davam etdirməkdədirlər”, – deyə Zaur Məmmədov qeyd edib.

Görünən isə odur ki, beynəlxalq qurumlar və təşkilatlar bu məsələyə göz yumurlar. Regionda sülhün “bərqərar olmasını istəyən” qurumların məqsədi heç də həqiqəti əks etdirmir.

“Onların bu susqunluğu onu göstərir ki, onlar bölgədə gələcəkdə baş verəcək xaotik vəziyyətin tərəfdarlarıdırlar. Bölgəni qarışdırmaq istəyirlər. Görünən odur ki, 2020-ci ilin sonlarından başlayaraq gələn il etibarilə bölgədə yeni düzənin qurulmasında maraqlıdırlar. Azərbaycan Ermənistana öz etirazını bildirmişdir. Tovuz hadisələrindən sonra görürük ki, Ermənistan açıq-aşkar şəkildə beynəlxalq hüququ və Azərbaycan tərəfini dinləməmək taktikasını əsas götürüb”.

– Zaur Məmmədov (Bakı Politoloqlar Klubunun sədri)

 

Hazırda da Azərbaycan öz hərbi hazırlıqlarını davam etdirir. Vəziyyət onu göstərir ki, hərbi hazırlıqlar davam etdirilməlidir. Müharibənin baş vermə ehtimalı isə kifayət qədər yüksəkdir.

“Belə olan təqdirdə Azərbaycan beynəlxalq hüquqdan istifadə edərək, öz ərazilərini burada qeyri-hüquqi yolla yerləşən bütün qruplardan təmizləyəcək. Baxmayaraq ki, Ermənistan tərəfi bir neçə dəfə xəbərdarlıq alıb, onlar danışıqlar masasında əyləşib konstruktivlik nümayiş etdirmək niyyətində deyillər. Əksinə, yeni ərazilər işğal etmək istəyirlər. Yaxın vaxtlarda Ermənistan Azərbaycanın hərbi gücü ilə qarşılaşacaq. Onların öz havadarlarına arxayın olmaması daha yaxşıdır. Əgər Ermənistanı dəstəkləyəcək 3-cü tərəflər olacaqsa, Azərbaycan tərəfini də qoruyacaq 3-cü şəxslər Cənubi Qafqazda baş verəcək yeni münaqişənin müharibə fazasına keçməsinə hazırdırlar”, – deyə politoloq əlavə edib.

Bu gün havadarlarına arxalanan Ermənistanı isə böyük fəlakət gözləyir. Ermənistan xalqı da yaxşı anlayır ki, onlara məxsus olmayan torpaqlarda övladlarının ölməsi Ermənistanın mövcud hakimiyyətinin günahıdır. Günaşırı olaraq Ermənistan ordusunda həlak olan insanların valideynləri, Paşinyanın oturduğu binanın qarşısında aksiyalar edir və hakimiyyəti bu xülyadan əl çəkməyə çalışır. Lakin ölkədəki kürsü savaşı Ermənistanı həm siyasi, həm iqtisadi, həm də müdafiə baxımından məhv olması ilə nəticələnə bilər.

Müharibənin baş tutması isə Azərbaycan ordusunun qələbəsi və Şuşada, Laçında bayrağımızın dalğalanması ilə nəticələnəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154236

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031