Hava şəraiti kəskin dəyişir – Qar yağacaq – XƏBƏRDARLIQ

15.09.2020 - 10:44

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Qazet.az xəbər verir ki, Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

– Advertisement –

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=154250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31