Pensiya alanlara ŞAD XƏBƏR – Artım olacaq

18.09.2020 - 10:27
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əmək pensiyaları haqqında qanuna dəyişiklik” layihəsi hazırlanıb. Pensiya sistemi təkmilləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya qanunvericiliyində bir sıra dəyişiklikləri nəzərdə tutan layihə hazırlayıb. Layihə pensiyaçıların hüquqlarının artırılmasına, güzəştli pensiya təminatının əlçatanlığına şərait yaradacaq. Nəzərdə tutulan dəyişikliklərdən biri pensiyaçıların öz pensiya növünü dəyişdirməyə qoyulan məhdudiyyətin aradan qalxması ilə bağlıdır. Bundan əlavə yeni layihədə ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs özünün pensiya haqqından imtina edərək başqa bir pensiya və sosial müavinətə keçərsə, bu zaman onun payına düşən məbləğ digər ailə üzvləri arasında bölüşdürülür. Yenidən hesablanma proaktiv qaydada həyata keçiriləcək, vətəndaşa pensiyasının nə qədər artması və nə vaxtdan ödənilməyə başlayacağı onun mobil telefonuna və ya ünvanına göndəriləcək. Qeyd edək ki, yeni qanun layihəsi son hazırlıq mərhələsi yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=154464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31