cumhuriyyet.net
Bakının iki rayonunun bəzi ərazilərində suyun verilişində fasilələr olacaq - XƏBƏRDARLIQ • Cumhuriyyət
Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq. “Azərsu” ASC-dən Musavat.com-a verilən məlumata görə, Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
nesimi