Arzu Nağıyev: “Gəncəni vuran düşmənin bir neçə məqsədi var…”

11.10.2020 - 11:25

Erməni işğalçıları yenidən dinc Azərbaycan əhalisini hədəf alıb. Oktyabrın 11-i gecə yarısı Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində çoxmənzilli yaşayış binası dağıdılıb. Nəticədə dinc sakinlərimiz arasında ölən və yaralananlar olub.

Xain düşmən niyə məhz Gəncəni hədəf alır? Cəbhə xəttindən 10 kilometrlərlə uzaqda yerləşən şəhəri vurmaqla nəyə nail olmağa çalışır?

Məsələ ilə bağlı Musavat.com-a danışan Milli Məclisin üzvü Arzu Nağıyev bildirib ki, ermənilərin Gəncəni atəşə məruz qoymaqda bir neçə məqsədi var: “Azərbaycanın ikinci böyük şəhəri, sənaye mərkəzi olan Gəncə həm də Qərb bölgəsinə gedən yolların keçdiyi nöqtədir. Buranı vurmaqla Qərb bölgəsi ilə əlaqələrə zərər yetirmək məqsədi güdürlər. Digər tərəfdən, Gəncədə elə infrastrukturlar var ki, sonradan bu kimi addımlarının  adını “hərbi aerodromu vurmaq” qoya bilirlər. Amma reallıqda məqsəd əhali arasında xof, təşviş və panika yaratmaq, cəbhə xəttindəki məğlubiyyətlərini ört-basdır etməkdir”.
Millət vəkilinin sözlərinə görə, ötən gecə Gəncəyə atılan raket indiyədək Ermənistan tərəfindən istifadə olunmayan sursatdır: “Bu raketdən hələ istifadə etməmişdilər. İlk dəfə dinc əhaliyə qarşı istifadə etdilər. Təəssüf ki, 7 sakin həlak olub, dağıntılar altında qalanların xilası əməliyyatı davam edir”.

A.Nağıyevin fikrincə, artıq hər hansı atəşkəsdən danışmaq mümkün deyil: “Ermənistan öz vəhşiliyini bir daha sübut etmiş oldu. Bundan sonra hər hansı atəşkəs söhbəti ola bilməz. Azərbaycan ordusu lazımi cavabını verəcək. ATƏT-in Minsk Qrupu həmsədrləri yerində monitorinq apararaq faktları dünyaya çatdırmalıdılar”.

Short URL: http://www.cumhuriyyet.net/?p=155823

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31