Azərbaycanda daha 647 yeni yoluxma faktı qeydə alınıb

18.10.2020 - 15:10

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 024 test aparılıb. Bugünkü test sayı isə 9 089-dür.

Short URL: http://www.cumhuriyyet.net/?p=156304

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31