DOST könüllülərindən möhtəşəm Qələbəmizlə bağlı maraqlı addım

11.11.2020 - 10:26

“Bütün xalqımız  Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevincini, qürurunu yaşayır”.

Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 30 ilə yaxındır erməni faşizminin əsarətində olan doğma torpaqlarımız işğaldan azad edildi, Vətənimizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı öz torpaqlarına sıx bağlılığını və o torpaqlarının əzəli-əbədi sahibi olduğunu, gücünü, sarsılmaz iradəsini, düşmənin başına yumruq kimi enərək mütləq Qələbəni təmin edən dəmir kimi möhkəm birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm tarixi zəfər günündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST könüllüləri də ölkədə yaşanan ümumxalq qalibiyyət ruhuna və bayram əhval-ruhiyyəsinə uyğun maraqlı addım atdılar. Tarixə qızıl hərflərlə yazılan Qalibiyyətin bitib tükənməz fərəhi ilə “QƏLƏBƏ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!” dedilər.

DOST könüllüləri tərəfindən təşkil olunan fləşmobun videoçarxını təqdim edirik: 

Short URL: http://www.cumhuriyyet.net/?p=157081

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728