Sabaha gözlənilən hava şəraiti PROQNOZ

23.11.2020 - 16:03

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-8 faiz, gündüz 50-55 faiz təşkil edəcək.

Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 24-25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=157676

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728