Professor Akif Qurbanov:”Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq”

02.12.2020 - 15:14

“Lazım olmayanda ictimai nəqliyyatdan istifadə edilməməli, zəruri olmayan hallarda evdən çıxmamalıyıq”.

Musavat.com-un məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, elan olunmuş qaydalara əməl edilsə, yoluxma saylarının azalmasına nail olarıq: “Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=157933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728