Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların sahəsi 25 min ha-dan çoxdur

07.12.2020 - 15:03

“Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların sahəsi 25 min ha-dan çoxdur”.

APA-nın məlumatına görə, bunu Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, dosent Fərhad Sadıqov AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Çuxurdərə gölləri və keçmiş Yod-Brom Zavodu (keçmişi, bu günü – ölkədə aparılan ekoloji siyasətin davamı)” monoqrafiyasının onlayn formatda təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Sabunçu, Binəqədi, Suraxanı və Xəzər rayonlarının neft mədənləri ərazilərinin torpaqları daha çox çirklənməyə məruz qalıb: “Bu torpaqların neft tullantılarından təmizlənməsi yeni landşaftın yaranmasına səbəb olacaq. Ötən müddətdə Suraxanı rayonunun Çuxurdərə gölləri və keçmiş Yod-Brom Zavodu ərazisində genişmiqyaslı torpaq, meliorativ-hidrogeoloji və başqa istiqamətlərdə (ağır metallar, şüalanma, insan sağlamlığına təsir edən amillər və s.) tədqiqatların aparılıb”.

Alim tədqiqatlar əsasında antropogen amillərin təsir mexanizminin müsbət və mənfi sahələr arası müqayisələri, mövcud deqradasiya və bataqlaşma prosesləri, ərazidə baş verən proseslərin nəticələri, təbii bitki qruplaşmasına yeni komponentlərin daxil edilməsi (və ya kənar edilməsi) kimi məsələlərin əsaslı surətdə araşdırıldığını da deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=158135

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728