Qənirə Paşayeva qəhrəman şəhidimiz Həsən Ayvazovdan yazdı: “Vətən uğrunda gözəl ömür”

16.12.2020 - 15:50

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Həsən Ayvazovdan yazıb.

Musavat.com həmin yazını təqdim edir:

Şəhid Həsən Cəlil oğlu Ayvazov – 21 avqust 2000-ci il tarixində Tovuzun Çatax kəndində doğulub. 2006-cı ildə Şəhid Vaqif Rəhmanov adına Pələkli kənd ümumi orta məktəbinə daxil olub, 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib və təhsilini Hacılar kənd tam orta məktəbində davam etdirib. 2018-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedən Həsən, Tərtər rayonunda “N” saylı hərbi hissədə xidmət edib.

O, Quru Qoşunlarında xidmət edirdi, vəzifəsi manqa komandiri, rütbəsi çavuş olub.
2020-ci ilin may ayinda həqiqi hərbi xidmətini başa vuran Həsən, Azərbaycan Respublikasinin Prezidenti, Ali Baş Komanda cənab İlham Əliyev qismən səfərbərlik elan edincə, könüllü olaraq, cəbhəyə yazılıb və 05 oktyabr 2020-ci il tarixdən Vətən Müharibəsinə qoşulub.

İşğalçıların ölkəmizdən qovulması, torpaqlarımızın azad olunması uğrunda ağır döyüşlərdə iştirak edib Həsən. Həsən 22 noyabrda, növbəti döyüşlərin birində şəhid olub.
Şəhidimiz doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə,
ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçulardan biri kimi “Vətən uğrunda” medalı ilə təltif edilib.

Həsən adı: yaxşı (davranan), yaxşılıq (edən), mehriban (olan), gözəl, gözəllik anlamlarını daşıyır. – Yaxşı oğul, mehriban dost və Vətən uğrunda döyüşdə şəhadət şərbəti dadan gözəl ömür…

RUHU ŞADDIR (İnşallah)!
VƏTƏN SAĞ OLSUN!

Qənirə Paşayeva,
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

1586078122_qenire-pashayeva.jpg (629 KB)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158504

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031