Azad olunan ərazilərdə biznesə dövlət dəstəyi

18.12.2020 - 10:44

İş adamlarının təklifləri…

Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərimizdə infrastrukturun bərpası istiqamətində təcili addımlar atmağa başlayıb. Xüsusilə dünyanın mədəniyyət inciləri siyahısında olan Şuşa şəhərinə avtomobil yolunun çəkilişi, şəhərin elektrik enerjisi, su ilə təchizatı istiqamətində təxirəsalınmaz tədbirlərə başlanıb. Yaxın bir neçə ay ərzində Şuşanın təbii qazla da təchiz olunması nəzərdə tutulur.

Bundan əlavə, Xocavənd rayonunun işğaldan azad olunmuş Suqovuşan, Talış kəndlərinə avtomobil yolu çəkilir. Əsas infrastruktur layihələri ilə yanaşı düşmən tapdağından azad olunan bölgələrimizin sosial-iqtisadi inkişafına dair planlar da hazırlanmaqdadır. Bu barədə ictimaiyyətə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib: “Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb”.

Nazir bildirib ki, sənəd layihəsi müzakirə edilir və hökumətə təqdim olunacaq. Konsepsiyaya uyğun olaraq planlaşdırmada əsas tutulan sahələr, şəhərsalma və ərazi qurulması ilə bağlı məsələlər, təbii ki, bunların reallaşdırılması üçün zəruri hüquqi, iqtisadi, maliyyə güzəştləri və təşviqlər sistemi nəzərdə tutulur: “Eyni zamanda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq hazırda təxirəsalınmaz layihələr artıq həyata keçirilir. Burada xüsusən dövlət tərəfindən həyata keçirilən yol şəbəkəsi, dəmir yolu, kommunal təchizat kimi məsələləri qeyd etmək olar”.

Kənd təsərrüfatı naziri İnam Kərimovun bir müddət əvvəl verdiyi məlumata görə, bu qurum da bölgədə aqrar sektorun inkişafı ilə bağlı plan hazırlayır. Ərazilərdə iqtisadiyyatın dirçəldilməsi üçün müxtəlif dövlət qurumları bizneslə təmaslara da başlayırlar. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara müraciət edib.

KOBİA-dan verilən məlumata görə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini agentliyə təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcək.

Xəmsə” restoranının sahibi Mürvət Həsənli qaydaları pozdu, 5 min manat  cərimə olundu

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli qeyd edir ki, Azərbaycanın işğaldan azad olunan əraziləri iqtisadiyyatın inkişafı baxımından böyük potensiala malikdir: “Dağlıq Qarabağ və ətrafı rayonlar investisiya yatırmaq üçün ciddi potensialı olan bölgələrimizdəndir. Xüsusilə də kənd təsərrüfatı və turizm sektorunun inkişafı baxımdan. Bilirsiniz ki, Azərbaycanın bir çox iri çayları Kəlbəcər və Laçın dağlarından öz mənbəyini alır. 100 km-dən artıq axaraq Araz çayına birləşir. Azərbaycanın öz daxili su mənbəyinin böyük hissəsi bu bölgədə yerləşir. Turağaçay, İncəçay, Canataq, Qabarlı, Kolatak, Ballıca, Xocalı, Xonaşen, Amaras, Köndələn, Quruçay, Qozlu, Aragül, Dolanlar çayları Dağlıq Qarabağdan axır. Ölkəmizin əksər bölgələrindən fərqli olaraq Qağlıq Qarabağda yağmur miqdarı buxarlanma miqdarını üstələyir. Bu da orada əlavə meliorasiya tədbirləri görmədən əkinçiliyin rahatlıqla inkişaf etdirməsi imkanı deməkdir. Qarabağ dağları tarix boyu heyvandarlarımızın yaylaqları olub. Havanın mülayim olması bu dağlarda hətta qış zamanı da işgüzar fəaliyyət üçün münbit şərait yaradır”.

İş adamı bildirir ki, Dağlıq Qarabağ ərazisini 4 şərti zonaya bölmək olar: “1. Yüksək dağlıq zona: Bu zona 1800-3000 metr yüksəklikdə yerləşən, əsasən çəmənliklərdən ibarət yaylaqlardır. Bu yaylaqların ümumi sahəsi təxminən 37000 hektardır ki, bu da heyvandarlığın inkişafı üçün böyük ərazi deməkdir.

Dağlıq zona: 950 metrdən 1800 metrə qədər yüksəklikdə yerləşir. Bu zonada illik yağıntının miqdarı 400-600 mm-dir. Burada 169000 ha enliyarpaq meşələr var. Başlıca məşğuliyyət maldarlıqdır.

İşğaldan azad edilən ərazilərdə heyvandarlıq və kənd təsərrüfatı inkişaf  etdiriləcək - UCUZLAŞMA OLACAQ

Dağətəyi zona: 300 metrdən 950 metrə qədər yüksəklikdə olan mülayim isti iqlimə malikdir. Əkinçilik üçün yararlı torpaqlar bu ərazilərdə yerləşir və 38000 ha sahəni əhatə edir. İqlimi mülayim istidir, isti yayı olur, illik yağıntının miqdarı 260-300 mm-dir. Kiçik aqrotexniki və meliorativ tədbirlər görməklə bu ərazilərdə bir çox əkinçilik sahələri yaratmaq olar.

Aşağı zona: 150 metrdən 300 metrə qədər yüksəklikdə yerləşən bu zona da əkinçilik üçün yararlı ərazilərdir.

Dağlıq Qarabağın bu təbii resurslarından son 28 ildə Ermənistan yararlanıb. Ermənilərin rəsmi etiraflarına görə, Ermənistanın taxıl ehtiyacının 70 faizi bu torpaqlarda yetişdirilən buğdanın hesabına təmin olunub. Bilirsiniz ki, Azərbaycan öz ərzaq taxılının böyük hissəsini Rusiyadan, Ukraynadan və Qazaxıstandan təmin edir. İşğaldan azad olunmuş əraziləri iqtisadiyyatımıza qazandırmaqla indi bu fürsətdən biz yararlana biləcəyik.

Üstəlik, Dağlıq Qarabağ füsunkar təbiətilə hər kəsi valeh edən təbii gözəlliyə malikdir. Bu ərazidə yerləşən tarixi abidələr də turizm sahəsinin inkişafı üçün əlverişli imkanlar yaradır. Hesab edirəm ki, Azərbaycanın turizm şirkətləri də daxili turizm üçün öz qollarını çırmalamalıdırlar. Bu zamanadək Azərbaycandan xaricə turizm ixracı ön plana çıxırdısa, Dağlıq Qarabağın iqtisadiyyatımıza qazandırılması ilə turizm idxalını da artıra bilərik. Bu da ölkə büdcəsinə əlavə gəlirlərin gəlməsi, iş imkanlarının artırılması mənasına gəlir”.

Bəs biznes üçün bu ərazilərdə iş qurmağa hansı dəstək verilə bilər dövlət tərəfindən: maliyyə, vergi güzəşti və sair.

M.Həsənlinin sözlərinə görə, bu məsələdə dövlət dəstəyinin mühüm rolu olacaq: “Sözsüz ki, istənilən iqtisadi sektorun inkişafı dövlət təşviqindən asılıdır. Xüsusilə infrastrukturu tamamilə məhv olunmuş ərazilərdə dövlət ciddi işlər görməlidir. Bölgənin infrastrukturu bərpa olunmalı, iş adamlarımıza qurub-yaratmaq üçün böyük kreditlər ayrılmalı, uzunmüddətli vergi güzəştləri tətbiq olunmalıdır. Bütün bunlarla, yanaşı həmin bölgələrə vətəndaşlarımızın köçürülməsi və təhlükəsizliyinin təmin olunması da dövlətin qarşısında dayanan başlıca vəzifələrdən biridir. İşğaldan azad olunmuş ərazilərdə yenidən həyatı bərpa etmədən, insanları daimi məskunlaşdırmadan böyük uğurlara imza atmaq çətindir. Düşünürəm ki, ölkə rəhbərliyi xarici investisiyanın cəlbi üçün də dövlət proqramları hazırlamalıdır”.

Azərbaycandan xaricə sahibkar axını: qarşısını necə almalı? | Hokm.Az

Şahin Nəcəfov

“Xəzər” İş Adamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri Şahin Nəcəfov hesab edir ki, iqtisadiyyatın inkişafı, biznesin o ərazilərə getməsin üçün ilk öncə işgaldan azad edilmiş rayonların rəhbər heyəti düzgün secilməlidir: “Daha yaxşı olar ki, bu rayonları canı bahasına azad etmiş zabitler həmin rayonlara rəhbər vəzifələrə təyin edilsinlər. İndiyə kimi qaçqın rayonları bir növ cərimə batalyonu rolunu oynayıb və iş yarıtmazları bu rayonlara rəhbər vəzifələrə təyin ediblər. Ona görə də dəyişiklik ilk öncə azad olunan rayonların rəhbərliyinə işgüzar, bacarıqlı və təmənnasız şəxslərin təyin olunmasından başlanmalıdır. Daha sonra beynəlxalq şirkətlər dəvət edilməklə hər bir rayonun inkişaf proqramı, baş planı hazırlanmalıdır. Hər rayonun öz rəngi, öz üslubu, öz inkişaf sahələri secilməlidir.

Daha sonra sahibkarlıq konfederasiyalarını dialoqa cəlb etmək və təkliflərini dinləmək lazımdır. İqtisadi inkişaf planlarında, eləcə də onların icrasında Qarabağın işğaldan azad edilməsində bizə dəstək verən Türkiyə başda olmaqla dost dövlətlərə və müharibə dövründə orduya yaxından dəstək verən şirkətlərə üstünlük tanınmalıdır”.

Ordumuzun işğaldan azad etdiyi ərazilər - SİYAHI

Birlik rəhbəri də o fikirdədir ki, dövlət azad olunmuş ərazilərdə iş qurmaq istəyən biznesə münasibətdə müxtəlif təşviq mexanizmlərindən istifadə etməlidir: “İş adamlarına vergi, gömrük, maliyyə, kommunal xidmətlərlə bağlı güzəştlər təklif edilməlidir”.

Ş.Nəcəfov deyir ki, Qarabağda ən azı bir neçə dünya markalı şirkətlərin müəssisələrini yaratmaga calışmalıyıq: “Dünyada tanınmış markaları bölgəyə gəlməyə stimullaşdırmalıyıq. Bundan əlavə, beynəlxalq ralli yarışları üçün yollar, atçılıq üçün dünya səviyyəli cıdır meydanları yaradılmalıdır. Bu zaman dünyada məşhur olan Qarabağ atlarının yetişdirilməsi üçün tanınmış şirkətlərin iştirakı ilə müəssisə yaradıb, bu atların təbliğinə dəstək vermək lazımdır.

Azad olunmuş ərazilərimizin turizm potensialının yüksək olduğu şübhəsizdir. Buna görə də bu bölgələrdə turizm, hotelçilik, yeni qurulan dağ kəndlərində ailə turizminin, ekoturizm ciftliklərinin inkişafına xüsusi diqqət yetirmək gərəkir. Nəzərə almaq lazımdır ki, turizmin inkişafı beynəlxalq səviyyədə bölgənin məhz Azərbaycana məxsus olduğuna dair rəyi möhkəmləndirməyin əsas yoludur. Bölgə kənd təsərrüfatının inkişafı baxımından da böyük potensiala malikdir. Bu mənada arıçılıq, əkinçilik, xalçaçılıq kimi sahələr ön plana çıxarılmalıdır. İranla sərhəd rayonlarının birində azad iqtisadi zona, hər bir rayonda aqro və sənaye parkları yaradılması dogru olardı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158565

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031