Bakıda qanunsuz fəaliyyət göstərən bal emalı sahəsi aşkarlanıb FOTO

18.12.2020 - 15:06

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 – Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

Musavat.com xəbər verir ki, agentliyin əməkdaşları sözügedən ünvana baxış keçirilib, baxış zamanı bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlayıb.

Qablaşdırılan bal məhsulundan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=158571

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728