Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub FOTOLAR

18.12.2020 - 15:11

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi üzrə mənzillər mənzil fonduna daxil edilib.

Musavat.com bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur.

Qeyd olunan yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 449 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Hazırda yeni ünvan da daxil olmaqla Fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda yerləşir. Bu yaşayış sahələrinin dördü Bakıda, ikisi Sumqayıtda, ikisi isə Xırdalandadır. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Sənədlər Fonda təqdim edildikdən sonra ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158581

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728