cumhuriyyet.net
Bakıda yaşayış binasında yanğın başlayıb • Cumhuriyyət
Bakıda yaşayış binasında yanğın baş verib. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail rayonunun Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb. Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yanğın söndürülür. Əlavə məlumat veriləcək.
nesimi