Barışmaq istəyənlər gələn ilin yayını gözləsin

23.12.2020 - 10:30

Vəkil: “Ölkəmizdə bu institutun tətbiqi çox müsbət haldır”

“Mediasiya haqqında” Qanunun qüvvəyə minmə tarixi yenə dəyişib. Sənədin 2020-ci il iyulun 1-dən tətbiqi nəzərdə tutulmuşdu. Bu ilin iyununda həmin müddət 2021-ci il yanvarın 1-nə keçirilmişdi. Lakin Milli Məclisin son iclasında qanunun qüvvəyə minmə tarixi 2021-ci il iyulun 1-nə təyin edilib.

Səbəb kimi mövcud pandemiyadan qaynaqlanan vaxt məhdudiyyəti göstərilib. Qeyd edilib ki, “Mediasiya haqqında” Qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının mövcud durumda tətbiqi mümkün deyil. Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, qanunun tətbiqinin ləngiməsi obyektiv səbəblərlə bağlıdır: “Əlbəttə ki, bu qanunun tezliklə tətbiqi arzuolunandır. Mediasiyanın, yəni müxtəlif mübahisələrin qarşılıqlı razılıq əsasında mediaotor vasitəsilə həlli institunun kökləri qədim Yunanıstana, Qədim Romaya qədər gedib çıxır. Mediasiya ilə bağlı qanunun qüvvəyə minməsi üçün ilk növbədə mediatorların sayının yetərli olmaması vacibdir. Düşünürəm ki, Bakı şəhərində bu say yetərli ola bilsə də, regionlarda bu durum qənaətbəxş olmaya bilər. Mediatorların sayının yetərincə olması zəruridir, çünki qanun qüvvəyə minəndən sonra mediasiya prosedurundan keçmədən məhkəməyə müraciət etmək mümkün olmayacaq”.

Vəkil deyib ki, mediasiya mülki işlər və iqtisadi mübahisələr, xarici elementli mübahisələr də daxil olmaqla; ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir: “Barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların konfidensiallığı qorunur. Konfidensiallıqla bağlı qaydaların pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Vəkil barış qanununun icrası ilə əlaqədar nəzərdə tutulan rüsumların da normal olduğunu açıqlayıb:  “Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq bu məbləğlərdə müəyyən edilib:

ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;

əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə – 50 manat;

iqtisadi mübahisələr üzrə – iddia qiyməti 500 manatadək olduqda 20 manat;

iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda – 40 manat;

iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda – 60 manat;

iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda – 100 manat;

iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda – 200 manat;

iddia qiyməti 50000 manatdan çox olduqda – 400 manat”.

Vəkil hesab edir ki, ölkəmizdə bu institutun tətbiqi çox müsbət haldır və tam işə düşəndən sonra məhkəmələrin iş yükünü də azaltmış olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158735

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031