3 nəfər idilər: ikisi öldü, biri isə parkda gecələyir- Bakının səfilləri VİDEO

24.12.2020 - 15:12

Bakının Nizami rayonunda yerləşən parklardan birində yaşayan 3 səfildən ikisi dünyasını dəyişib. Sağ qalan 1 nəfər isə soyuq havada, parkda skamyaların üstündə gecələyir…

Musavat.com olaraq səfil həyatı yaşayan Cavanşir İsmayılovun vəziyyəti ilə maraqlandıq.

60 yaşlı Cavanşir İsmayılovun ailəsi yoxdur. Özünün dediyinə görə kimsəsizdir.

O bildirir ki, rəsmi qurumlarla onun sığınacağa aparılacağı barədə 5 dəfə danışıq olub. Amma heç bir tədbir görülməyib.

Musavat.com olaraq əvvəlcə Zabratdakı Dövlət Sosial Müdafiə Fondunun tərkibində olan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqla əlaqə saxladıq.

Sığınacaqdan bildirildi ki, pandemiya ilə əlaqədar olaraq qapalı rejimdə fəaliyyət göstərirlər. Sığınacağa gətirilən şəxslər əvvəlcə koronovirus testindən keçirilməlidir. Prosedura uyğun olaraq bu barədə icra hakimiyyətinə və ya “102 zəng xidməti”nə məlumat verməyimizi məsləhət gördülər.

Biz də öz növbəmizdə “102 zəng xidməti”nə zəng edərək bu barədə məlumat verdik.

Cavanşir İsmayılovun durumu ilə bağlı daha ətraflı aşağıdakı videodan məlumat ala bilərsiniz:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158786

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930