Sahibə Qafarovadan deputatlara etiraz: “Xeyr, 5 dəqiqəyə keçməyəcəyik!”
Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi davam edir.
Musavat.com xəbər verir ki, bəzi deputatlar yerlərindən “çıxışlar üçün reqlament 10 dəqiqə yox, 5 dəqiqə olsun”, təklifini veriblər. Ancaq spiker Sahibə Qafarova bu təkliflərə qarşı çıxıb: “Xeyr, 5 dəqiqəyə keçməyəcəyik! Hələ ki, reqlament 10 dəqiqə olacaq. Çünki bu, sıradan bir məsələnin müzakirəsi deyil, dövlət büdcəsinin müzakirəsidir.
Əgər koronavirusa görə narahatsınızsa, qeyd edim ki, dünən burda oturan bütün deputatlar testdən keçiblər, burada yoluxan insan yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=158791