Prezident parlamentə iki yeni qanun layihəsi göndərdi

28.12.2020 - 15:21

Milli Məclisin plenar iclası fasilədən sonra öz işini davam etdirir.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, möhtərəm prezident iki yeni qanun layihəsi göndərib. “Bunlar çox vacib qanun layihələridir, onlar təxirə salınmadan qəbul edilməlidir”, deyən sədr bununla da müzakirə olunacaq layihələrin sayının 4-ə çatdığını vurğulayıb.

Bundan sonra deputatlar “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanun layihələrini birinci oxunuşda müzakirəyə çıxardılar. Bu layihələr barədə parlament üzvlərini deputat Əli Məsimli məlumatlandırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=158976

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031