Azad edilmiş ərazilərimizin turizm strategiyası hazırlanır

05.01.2021 - 16:22

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm inkişaf strategiyası hazırlanır.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda Şuşanın turizm konsepsiyası üzərində də iş aparılır. Azad edilmiş ərazilərin turizm sənayesi ilə bağlı müxtəlif marşrutlar, layihələr, məhsullar hazırlanır.

Agentlik rəsmisi qeyd edib ki, 2021-ci ildə Qarabağın yeni turizm destinasiyası kimi təqdim edilməsi hədəflər sırasındadır:

“Hesab edirik ki, Qarabağ destinasiyası ilk növbədə daha çox daxili turistlər, Azərbaycan diaspor nümayəndələri üçün maraqlı olacaq. Bu istiqamət təbii ki, ərazilərdə təhlükəsizliyin təminindən sonra vacib olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728