Unun qiymətinin 35 manata qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

06.01.2021 - 11:02

xeber verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin isə 80 qəpiyə qaldırıldı. Bu artım artıq bir sıra qida məhsullarında eləcə unun və siqaretin qiymətinə də təsir etməyə başlayıb. Belə ki, iddialara görə 28 manata satılan unun qiyməti artıq 32-35 manat arası dəyişir.

Bununla bağlı sonxeber.az-la fikirlərini bölüşən deputat Azər Badamov bildirib ki, 28 manata olan un, 32-35 manata satılırsa və bunu benzinin bahalaşması ilə əlaqədar deyilirsə, bu tamamilə əsassızdır:

“Çünki benzinin bahalaşması, unun ancaq daşınma xərclərində cüzi artıma səbəb ola bilər. Ona görə bir sutkada unun qiyməti 5-7 manat artırılırsa, bunu süni qiymət artımı hesab edirəm. Bildirirəm ki, laqədar dövlət strukturlar bu işlə məşğul olmalıdır”.

Deputat qeyd edib ki, siqaretin qiymətində ümumiyyətlə artım olmamalıdır:

“Amma bununla yanaşı siqaretin qiymətinin rəsmi artırılmasının və ya satışına qadağa qoyulmasının tərəfdarıyam. Mən insanların sağlamlığı naminə siqaretin dövriyyəsini maksimum məhdudlaşdırılmağını dəstəkləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=159329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031