Qazinin intiharı: Vüsal ölümündən öncə nələri deyib? VİDEO

07.01.2021 - 15:27

Qazi Vüsal Musayevin intiharı ilə bağlı cinayət işi açılıb. Bəzi yeni təfərrüatlar məlum olub.

Musavat.com xəbər verir ki, Vüsal 8 yaşında Kəlbəcər rayonunun Zəyli kəndindən köçkün düşüb və ailəsi Goranboyun ucqar Börü kəndində yaşayıb.

Müddətdən artıq hərbi xidmətçi olan Vüsal döyüşlərin ilk 3 günündə doğma Kəlbəcəri uğrunda döyüşüb.

Talış kəndi uğrunda gedən döyüşlər zamanı isə Vüsalın idarə etdiyi hərbi texnika vurulub.

Mərminin dalğası Vüsalı bir neçə metr aralıya tullayıb və ayağından qəlpə xəsarətləri alıb. Dalğanın nəticəsində ağır kəllə-beyin travması alan Vüsalda psixoloji problemlər üzə çıxıb.

Bədənində ağır xəsarətlər olmayan Vüsal özünü günahkar bilib və döyüşdən qaçdığını zənn edirmiş. Buna görə də tez-tez yoldaşlarını qoyub gəldiyi üçün həbs ediləcəyindən qorxduğunu deyirmiş.

Məzuniyyətə buraxılan zaman yaşadığı Börü kəndində intihara cəhd edib.

Psixoloji travma alan Vüsal yaxınları ilə söhbətdə həkimlərin onu öldürmək istədiyini deyib. O, tez-tez şəhid olan dostları ilə söhbət etdiyini bildirib.

Vüsal yanvarın 6-da müalicə olunduğu hospitalın hamamında intihar edib.

35 yaşlı Vüsalın intihar etməsi faktı ilə bağlı Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Artıq iş üzdə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, müharibədən sonra “Cəsur döyüşçü” medalı alan Vüsal Musayev Goranboy rayonunda dəfn edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159440

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031