Azərbaycanda koronavirus xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir

21.01.2021 - 11:36

COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə 2020-ci ilin əvvəlindən başlayaraq zəruri qabaqlayıcı tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb. 

Dövlət Statistika Komitəsindən Musavat.com-a verilən məlumata görə, virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv  tədbirlərin davamı olaraq 2020-ci il 14 mart tarixindən social izolyasiya qaydaları tətbiq olunmuş və xüsusi karantin rejimi elan edilib.

COVID-19 virusunun diaqnostikası, habelə bu virusun törətdiyi xəstəliyin müalicəsi üçün Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr ölkəyə gətirilib, ölkə ərazisində zəruri sayda müvafiq funksional laboratoriyaların fəaliyyəti təmin edilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar yaradılıb.

Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qısa zamanda qoruyucu maska, dezinfeksiyaedici məhlul və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160113

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930