Naftalan şəhərində silah-sursat tapılıb

02.02.2021 - 18:10

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinə şəhər ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal ŞPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatan, 1 ədəd 60 mm-lik minaatan mərmisi, 2 ədəd alıştırıcısı üzərində olan, 1 “F-1”, 3 ədəd “RQN” əl qumbaraları, ümumilikdə 74 ədəd müxtəlif kalibirli avtomat patronları, 3 ədəd müxtəlif silahlara məxsus avtomat darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=160481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728