DİQQƏT! Bank kartınızdan oğurluq edə bilərlər – Dələduzlar indi də bu üsula əl atırlar

18.02.2021 - 11:37

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından suistifadə etməklə hədəflərinə “Whatsapp” vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.

Bu barədə Sfera.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

“Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.

Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik”, – deyə açıqlamada qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930