Azərbaycan Ermənistana 5 maddəlik təklif GÖNDƏRİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərildiyini bildirib.
Modern.az xəbər verir ki, XİN başçısı bu barədə Türkiyənin “Anadolu” informasiya agentliyinə müsahibəsində deyib.
“Ermənistan münasibətlərin normallaşmasını səmimiyyətlə istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir”, – deyən nazir İrəvandan cavab gözlədiyini vurğulayıb.
Ceyhun Bayramov, həmçinin qeyd edib ki, sənəddə əsas prinsiplər müəyyənləşdirilib.
“Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmalarını dərhal bildirsinlər”, – Azərbaycanın XİN başçısı müsahibəsində deyib
Short URL: http://www.cumhuriyyet.net/?p=171668