Ayaz Mütəllibov son anında nədən danışıb? – Köməkçisindən ilginc açıqlamalar

28.03.2022 - 13:15

“Mərhum Ayaz Mütəllibovla təxminən 20 ildən çox münasibətimiz var idi. Bildiyiniz kimi 2017-ci ildən mətbuatla bağlı köməkçisi işləyirəm. O, çox gözəl, dəyərli, ziyalı, kübar, müdrik, humanist bir insan idi. Heç vaxt qarşıdurma tərəfdarı olmayıb. Həmişə istəyirdi ki, bütün məsələlər sülh yolu ilə həll olunsun”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu Musavat.com-a açıqlamasında deyib. Köməkçisi mərhumun son günlərdəki vəziyyətindən də söz açıb: “Ömür-gün yoldaşı vəfat etdikdən sonra oğlunun ailəsi ilə yaşayırdı. Son anlarında da oğlu başının üstündə olub, söhbətləşib, vidalaşıblar.

Bir ara mətbutada şayiələr yayılmışdı ki, guya xəstəliyi ilə əlaqədar nitqi tutulub. Bu tamamilə yanlış məlumat idi. Mərhum son anına qədər ünsiyyətdə olub, danışıb. Son anlarında da yalnız Azərbaycanın firavanlığını arzulayırdı.

Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən yardım etmişdi.

Bir sözlə, çox gözəl insan idi. Mən bu illər ərzində ondan çox şey öyrəndim, ən əsası da səbr etməyi…
Bir müddət əvvəl ölkə Prezidentinin, dövlətin nəzarəti altında xəstəxanada əməliyyat olunub, müalicə almışdı”.

Short URL: http://www.cumhuriyyet.net/?p=172228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728