Zakir Həsənov Vətən müharibəsində yaralananların sayını AÇIQLADI

14.04.2022 - 15:47

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsində yaralanan şəxslərlə bağlı rəqəmləri açıqlayıb.

Cumhuriyyet.az xəbər verir ki, nazir Vətən müharibəsində hərbi həkimlərimizin və tibb personalının göstərdiyi fədakarlıqların Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

O, dövlətimizin diqqət və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfərin xarici ölkələrə müayinə və müalicəyə göndərildiyini, onların böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib. General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930