“Azərbaycan hesabat verən yeganə ölkədir” – Tatyana Valovaya

16.06.2022 - 20:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib. O ölkəmizin BMT və onun ixtisaslaşmış institutları ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin beynəlxalq sülh və inkişafa xidmət etdiyini vurğulayıb.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə ölkə olduğunu qeyd edib.

Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=176965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728