Zəngilana qayıdış başlanır – Püşkatma keçirildi, 41 ailə yeni evlərə köçəcək

16.06.2022 - 22:46

Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Amerikanın Səsi”nə müsahibəsində bildirib:

“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək”.

F. Hüseynovun sözlərinə görə, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib.

“Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir”, – o qeyd edib.

Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=176972

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728