“Bugünkü danışıqlardan tam razıyam” – Şavkat Mirziyoyev

21.06.2022 - 23:24

Bir daha vurğulamaq istərdim ki, ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə bütün potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun.

Cumhuriyyet.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdəki çıxışında deyib.

Özbəkistan Prezidenti vurğulayıb ki, indiyə qədər bizim bu cür etimada əsaslanan açıq söhbətimiz olmayıb.

“Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun – bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq”, – deyə Prezident Şavkat Mirziyoyev qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=177294

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728