Prezident Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verdi

25.06.2022 - 16:50

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Cumhuriyyet.az  xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Zaur İlham oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq nümunəsi göstərən Z.Zeynalov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=177492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728