Rəsulzadə və Topçubaşovun məzarları Azərbaycana gətirilsin!

28.06.2022 - 12:48

Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin xarici ölkələrdə olan qəbirlərinin Azərbaycana gətirilməsi təklif olunub.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev təklif səsləndirib.

O, Bakıda yerləşən Cümhuriyyət abidəsinin də binaların arasında, görünməyən yerdə olduğunu bildirib:

“Hesab edirəm ki, Bakının bəzi hissələrində olan köhnə binalar, hansı ki, dağılmaq üzrədir, onlar sökülsün və yerinə Cümhuriyyət parkı salınsın, Cümhuriyyət abidəsi də həmin parka yerləşdirilsin”.

Q.Həsənquliyev, həmçinin təklif edib ki, məzarları xarici ölkədə olan cühmuriyyətçilərin – Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubasov və digərlərinin qəbirləri Azərbaycana gətirilsin.

Short URL: http://www.cumhuriyyet.net/?p=177568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728