30 il sonra Şuşada ilk tamaşa – VİDEO
30 ildən sonra ilk dəfə Şuşa Musiqili Dram Teatrının kollektivi Şuşada tamaşa nümayiş etdirib.
Cumhuriyyet.az xəbər verir ki, şəhərin Tut bağı adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası səhnəyə qoyulub.
Sosial şəbəkələrdə paylaşılan görüntülər maraqla qarşılanıb.
Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra şəhərdə nümayiş etdirilən ilk səhnə əsəridir.
Short URL: http://www.cumhuriyyet.net/?p=177718