Ağalıda polis məntəqəsi yaradıldı – FOTO

30.07.2022 - 17:09

Zəngilan rayonunun Ağalı kəndində müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=179764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728