Qarabağa səfərlərə MƏHDUDİYYƏT – Bu şəxslər gedə bilməz!

03.08.2022 - 15:08

Azərbaycanda olan xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turistik səfərləri təşkil olunmur.

Bu barədə Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda işğaldan azad olunmuş bölgələrə xarici ölkə vətəndaşlarının yalnız işgüzar səfərləri həyata keçirilir.

Qeyd edək ki, əcnəbi turistlər fərdi şəkildə Qarabağa təşkil edilən avtobus səfərlərindən də istifadə edə bilməzlər. Belə ki, www.yolumuzqarabaga.az portalı üzərindən həyata keçirilən avtobus səfərlərinə ancaq Azərbaycan vətəndaşları bilet ala bilərlər.

Onu da xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etmək istəyənlər arasında xeyli sayda əcnəbi turistlər də var. Lakin onlar hələlik Qarabağa səfər imkanından yararlana bilmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=180025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728