Laçın dəhlizinə alternativ yol açıldı – VİDEO

31.08.2022 - 11:25

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açılıb.

Cumhuriyyet.az xəbər verir ki, artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.

Sosial şəbəkələrdə yayılan görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiyi görünür.

Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.

Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=181183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930