Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olundu

06.10.2022 - 20:33

Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunub.

Cumhuriyyet.az xəbər verir ki, iki gün ərzində Ağdamda və Bakıda keçirilən Forumda 44 ölkədən 400-dən çox nümayəndə iştirak edib.

Forumun hər il keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir Ümumdünya Şəhər Forumu keçirilir. BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITATIN icraçı direktoru malayziyalı Maimuna Mohd Şərifdir.

Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub. UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.

UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.

Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183409

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930