Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların PİKETİ – VİDEO

19.10.2022 - 23:23
Fransanın Moskvadakı səfirliyi qarşısında Azərbaycan diasporundan olan qadın və uşaqların iştirakı ilə aksiya keçirilib. Bu barədə 19 oktyabr tarixində AZfront Telegram səhifəsi xəbər verib.
Məlumatda qeyd olunur ki, piket iştirakçıları əllərində İkinci Qarabağ müharibəsi zamanı Gəncə və ölkənin digər şəhərlərinə raket atəşi nəticəsində həlak olan uşaqların şəkillərini tutublar.
Transparantlarda isə “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi yazılar qeyd olunub.
Həmçinin piket iştirakçıları Fransa Senatına və xalqına ünvanlanan petisiyanın emblemini əks etdirən plakatlar nümayiş ediblər.

Petisiyanın azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
https://www.mesopinions.com/petition/politique/appel-nom-peuple-azerbaidjanais-senat-peuple/189012
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183940

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930