Daha bir neçə ölkədəki Azərbaycan diasporları anti-fransız aksiyalara hazırlaşır

22.10.2022 - 02:30

Bir sıra ölkələrdəki Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının anti-Azərbaycan qətnamə layihəsinə qarşı aksiyalara hazırlaşırlar. Bu hadqa 20 oktyabr tarixində Azfront-a məlumat verilib.

Oktyabrın 11-də fransız Mesopinions.com petisiya saytında Azərbaycan xalqı adından Fransa Senatına və xalqına müraciət yerləşdirilib. Müəlliflər Azərbaycanın müxtəlif şəhərlərindən olan 10 sıravi vətəndaşdır. Bu təşəbbüs qrupunun rəhbəri 2020-ci ilin payızında Ermənistan Silahlı Qüvvələri tərəfindən kütləvi raket hücumlarına məruz qalmış Gəncə şəhərinin sakini, 52 yaşlı ictimai fəal Kubra Ələkbərovadır.

Petisiya müəllifləri fransızlara müraciət edərək vurğulayıblar: “Qətnamə layihəsi Ermənistan-Azərbaycan münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim edir. Müəlliflər münaqişənin sadəcə bir tərəfinin – erməni tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin – milyonlarla sıravi azərbaycanlının acı hissinə, yaxınlarının itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar, sadəcə bizi günahkar bilirlər. Bu şəkildə bir millətə üstünlük vermək, digərini isə diskriminasiya etmək və millətini kəskin şəkildə qınamaq – etnik dözümsüzlüyün və irqçiliyin ictimai nümayişidir!”

Qeyd edək ki, oktyabrın 15-də bu qətnamə layihəsinə qarşı Fransanın Bakıdakı səfirliyi qarşısında, 19-da isə Moskvadakı Fransa səfirliyi qarşısında etiraz aksiyaları keçirilib.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184022

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30