Bişkəkdəki Fransa səfirliyinin qarşısında həlak olmuş azərbaycanlı uşaqların şəkilləri ilə aksiya keçirilib

28.10.2022 - 20:10

Bişkəkdəki Fransa səfirliyinin binasının önündə 20 nəfərin iştirakı ilə piket keçirilib. Bu barədə bu gün, 28 oktyabr tarixində AZfront məlumat verib.

Aksiya iştirakçıları əllərində iki il əvvəl İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın raket atəşinə məruz qalması nəticəsində həlak olan uşaqların şəkillərini tutublar. Nümayiş olunan transparantlarda fransın, rus və qırğız dillərində “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi sloqanlar-az%c9%99rbaycan-sirk%c9%99tl%c9%99rinin-sloqanlarinin-icmali/”>sloqanlar qeyd olunub.

Həmçinin həlak olmuş uşaqların qara lentlə bağlanmış şəkilləri ilə yanaşı iştirakçılar əllərində Fransa Senatına və xalqına ünvanlanan petisiyanın emblemini əks etdirən plakatlar saxlayıblar.

Sözügedən petisiya 11 oktyabr tarixində Fransanın Mesopinions.com saytında yerləşdirilib. Cəmi üç həftəyə yaxın müddətə petisiyanı imzalayanların sayı artıq 50.000-i keçib. Bu təşəbbüsü dəstəkləyənlər tək Azərbaycanda yaşayanlar yox, həmçinin İranda yaşayan  azərbaycanlılardır.

Xatırladaq ki, petisiyaya dəstək üçün ilk aksiya 15 oktyabr tarixində Bakıda Fransa səfirliyinin qarşısında baş tutub. Növbəti piket Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə oktyabrın 19-da Moskvada, ayın 26-sı isə Astanada keçirilib.

Beləliklə, Fransa Senatına ünvanlanmış bu petisiya dünyanın müxtəlif yerlərində: Azərbaycanda, İranda, Rusiyada, Qazaxıstanda, Qırğızıstanda yaşayan azərbaycanlıları birləşdirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184155

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031