Şuşa ilə Andonq, Kusko və Korinf şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

15.11.2022 - 14:15

Noyabrın 14-də Cənubi Koreyanın Andonq şəhərində “Tarixi Şəhərlər Liqası”nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin məsul şəxsləri də iştirak edir.

Qeyd edək ki 14-16 noyabr tarixlərində keçirilən konfrans “İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər” mövzusunda keçirilir.

Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.

Həmçinin konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokawa ilə də ikitərəfli görüşlər keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30